Onlayn ictimai-siyasi qəzet
2020-ci ildə pandemiya dövründə sui-istifadə halları ilə bağlı açılan cinayət işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində şahidlərin dindirilməsi mərhələsi başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Bizə çatan məlumata görə, yaxın vaxtlarda bu sui-istifadələrlə bağlı artıq bir dəfə şahid qismində dindirilmiş Ermənistanın səhiyyə naziri Anahit Avanesyan yenidən məhkəməyə dəvət olunacaq. Koronavirus pandemiyası zamanı sui-istifadə halları ilə bağlı ittiham olunanlar səhiyyə nazirinin keçmiş müavini Gevorq Simonyan və digər şəxslərdir. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Simonyan dövlət vəsaitinin bölüşdürülməsinə cavabdeh olan və “Medline” klinikasının direktoru ilə qohumluq əlaqəsini gizlədib, nəticədə Babken Şaumyan 120 milyon dramlıq (311 min ABŞ dolları) vəsaiti mənimsəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, “Medline” klinikasının təqdim etdiyi yalan məlumatlar xəstələrin səhhətinin real vəziyyəti ilə üst-üstə düşməyib, məsul şəxslər tərəfindən qeydə alınmayıb. 2020-2022-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsində çalışmış Gevorq Simonyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Bu adam daha sonralar İrəvan merinin müavini olub və iki aya yaxın həbsdə qalıb, bundan sonra azadlığa buraxılıb”, - deyə məlumatda qeyd olunur.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ