Onlayn ictimai-siyasi qəzet
Ermənistana gələn Qarabağ erməniləri olduğu iddia edilən şəxslərin yaşayış şəraitini öyrənmək üçün yerli parlamentdə təhqiqat komissiyası qurulması barədə təklif rədd edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentdə mandatların əksəriyyətinə malik olan hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası müxalif “Ermənistan” fraksiyasının deputatlarının təşəbbüsünü dəstəkləməyib.
Paşinyanın partiyasının deputatı Ayk Koncoryan bunu “artıq iş” adlandırıb.
Öz növbəsində, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bu qərarı hakim çoxluğun öz konstitusion vəzifələrini yerinə yetirməkdən imtina etmək cəhdi olaraq dəyərləndirib.
Sözügedən təşəbbüsü cəmi 28 deputat dəstəkləyib, 56 deputat isə əleyhinə çıxıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ