Onlayn ictimai-siyasi qəzet
“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Mask üçüncü ildir ki, ABŞ-nin ən varlı adamı titulunu saxlayır.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, milyarderin sərvəti 244 milyard dollar təşkil edir. O, bu siyahıda birinciliyi "Tesla" səhmlərindən 7 milyard dollar itirməsinə baxmayaraq əldə edib.
Siyahıda ikinci yerdə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. Onun sərvəti 197 milyard dollardır.
Adını üçüncü sıraya yazdırmağa nail olan Mark Zukerberqin isə sərvəti 181 milyard dollardır.
Ümumilikdə, jurnal 400 nəfəri ABŞ-nin ən varlı adamları siyahısına daxil edib, Onların ümumi sərvəti 5,4 trilyon dollar qiymətləndirilir.//Axşam.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ