İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Dadaşova “Bakı Kristal Zalı”nın rəhbəri təyin olundu

Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-nin rəhbəri dəyişilib.

Musavat.com banker.az-a istinadən xəbər verir ki, Bahar Dadaşova Ağaverdi qızı "Bakı Kristal Zalı" MMC-nin baş direktoru təyin edilib.

O, bu vəzifədə Natiq İbrahimov Valeri oğlunu əvəz edib.

Qeyd edək ki, "Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə "Bakı Kristal Zalı" Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR