İnsanlara hürriyət, millətlərə istiqlal!

Baham adaları Rusiyanın hədəfində

Rusiya Federasiyası hökuməti ölkəyə, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost fəaliyyət yürüdən xarici dövlətlərin və ərazilərin siyahısını genişləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd Rusiya Federasiyası hökumətinin saytında yerləşdirilib.

Siyahıya Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyən Gernsi və Men adaları, bu yaxınlarda Rusiya vətəndaşları və şirkətləri, habelə Rusiya Bankı ilə hər hansı əməliyyatları yasaqlayan Baham adaları daxil edilib.

Sərəncam “Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin icrasının müvəqqəti qaydası haqqında” Rusiya prezidentinin 2022-ci il 5 mart tarixli fərmanı əsasında tərtib edilib.

Həmin sənədə əsasən, Rusiyaya “qeyri-dost ölkələr”in qeydiyyatında olan və ya vətəndaşı sayılan xarici kreditorlar qarşısında borc öhdəliyi olan Rusiya vətəndaşları, şirkətləri, dövlətin özü, onun əyalətləri və bələdiyyələri onlara rublla ödəniş edə biləcəklər. Bunun üçün borclu Rusiya bankından xarici kreditorun adına xüsusi rubl hesabı açmalı və ona ödənişləri həmin dövrdə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə köçürməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR