Onlayn ictimai-siyasi qəzet
Xırdalanda 17 saylı körpələr evi uşaq bağçasından ətçəkən maşın oğurlayan şəxs kamerlara düşüb. O, kameraları dəsmalla bağlasa da əvvəlində görüntülənib.
Musavat.com xəbər verir ki, oğurluq əməlinə görə saxlanılan 40 yaşlı Səxavətin daha iki cinayət əməli də üzə çıxıb.
Narkotik vasitə istifadəçisi olan Səxavət daha əvvəl usta kimi işlədiyi evdən qaz sobası və paltaryuyan maşın da götürüb. Daha sonra isə bağçadan ətçəkən maşın götürən zaman kameralara düşüb.
Səxavət saxlanılan zaman onun üzərindən narkotik vasitə də aşkar edilib. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu məlum olub.
Peşman olduğunu deyən Səxavət bu əməlləri ehtiyac üzündən etdiyini deyib. Onun sözlərinə görə bağçaya pəncərədən daxil olandan sonra kameranı görüb. Kameranı dəsmalla bağlasa da əvvəlində üzü görünüb.
Onun daha əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşadığı məlum olub.
Məhkəmənin hökmü ilə oğurluqda və narkotik vasitə istifadə etməkdə təqsirləndirilən Səxavət 3 il azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ