İnsanlara hürriyət, millətlərə istiqlal!

““Badamlı”-da maaşların azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA: "İftiradır!..."

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə “Badamlı Mineral Sular” MMC-də işləyən əməkdaşların maaşının azaldılması barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Böhtan və iftiradan başqa bir şey deyil”.

“Badamlı Mineral Sular” MMC İctimaiyyətlə Əlaqələr Departamentindən Musavat.com-a verilən məlumata görə, bu sözləri “Badamlı Mineral Sular” MMC-nin rəhbəri Simral Axundov deyib. S.Axundov bildirib ki, yayılan xəbərdə adı keçən Y.Camalov uzun illrdir ki, müəssisədə çalışır və onun maaşı saxta məlumatda göstərildiyi kimi 650 AZN yox, 840 AZN-dir və yeni dəyişikliklərdən sonra onun maaşı azaldılmaq əvəzinə artırılaraq 950 AZN-ə qaldırılıb. “Təkcə bu fakt onu deməyə əsas verir ki, ortaya atılan iddia cəfəngiyyatdır, bunu müəsisəyə və onun kollektivinə qarşı qərəz, məqsədli şəkildə gözdənsalma kampaniyası olaraq dəyərləndiririk”.

Müəssisə rəhbərinin sözlərinə görə, nəinki Y.Camalovun, bütün kollektivin maaşları artırılıb: “Müəssisənin fəaliyyəti tam şəffaf şəkildə təmin olunub, hər hansı qanuna zidd davranışdan və ya fəaliyyətdən söhbət gedə bilməz. Bütün maaşlar, dediyim kimi, artırılıb və rəsmi qaydada ödənilir. Odur ki, hörmətli media orqanlarından bu kimi xəbərləri yayarkən heç bir hüquqi təməli olmayan hər hansı sosial şəbəkə istifadəçisinin şayiələrinə istinad etməməyi, media qanunvericiliyinə və media etikasına uyğun olaraq, “Badamlı Mineral Sular” MMC-nin fəaliyyəti ilə bağlı hər hansı xəbəri yazmazdan əvvəl də müəssisə ilə dəqiqləşdirməyi xahiş edirəm”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR