İnsanlara hürriyət, millətlərə istiqlal!

Badamdarı su basdı - RƏSMİ AÇIQLAMA (VİDEO)

Badamdar qəsəbəsi, Nurəddin Paşayev küşəsində paylayıcı su borusunda qəza baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Qəza nəticəsində su yolun hərəkət hissəsinə və ətrafa axıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bu səbəbdən suyun həmin əraziyə verilişində müvəqqəti fasilə yaranıb.  

“Xidmətin əməkdaşları qəzanın aradan qaldırılması işlərini görürlər.  Qısa zaman ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”, - məlumatda qeyd olunub. (demokrat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR