“Böyük səhnə” mahnı müsabiqəsinin qalibi, Azərbaycan Televiziyasının (AzTV) solisti, müğənni Emiliya Yaqubova yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib.
Sənətçi qara rəngli sinə dekolteli libasda obyektiv qarşısına keçib.
Yaqubova ağlı-qaralı fotosessiyası üçün cazibədar pozlar verib. Şəkillərini sosial şəbəkə hesabında yayımlayan Emiliya ingilis dilində “Qadın” şərhini yazıb.
Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlanla ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb. (Publika.az)
ŞƏRHLƏRŞƏRH YAZ