İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərxalça" xaricdəki satış nöqtələrinin sayını artırıb

“Azərxalça” ASC bu yaxınlarda Bruneydəki ticarət mərkəzlərindən birində yeni satış nöqtələrini istifadəyə verib, Avstraliyadakı müştərilərinə isə onlayn xidmət göstərməyə başlayıb.

Musavat.com bildirir ki, bu barədə qurumun mətbuat katibi Xatuna Abdullayeva jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, yerli və xarici müştərilərdən, şirkət və fərdlərdən istənilən növdə sifarişlər qəbul olunur:

"Məsələn, Səudiyyə Ərəbistanından olan müştəri ənənəvi Xiləfşan xalçasını adət etdiyimiz rənglərdə deyil, fərqli formada sifariş edib. 4 ədəd 25kv öçüdə və 2 ədəd balaca ölçüdə xalça “Azərxalça”nın İsmayıllı və Kürdəmir emalatxanalarında toxunur. Sifarişin icrası sentyabrın sonuna qədər bitəcək".

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR