İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərişıq": "Yaşıl enerji zonası"nın tələblərinə uyğun izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb"

"Azərişıq" ASC "yaşıl enerji zonası"nın tələblərinə uyğun olaraq artıq 35 Kv/saat izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bu izolyasiyalı kabel xətti ilə həmçinin internet ötürüləcək.

A.Məmmədzadə "Azərişıq" ASC-nin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR