İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərişıq" Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırıb

Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyaları fəaliyyət göstərir.

Musavat.com xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayında gördüyü işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, gələcəkdə "Azərişıq" özü də elektromobillərdən istifadə etməyi planlaşdırır: "Xüsusilə "Yaşıl enerji zonasında - yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq asandır. Gələcəkdə bu ərazilərdə elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR