İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Lənkəranda keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.

Bu barədə Musavat.com-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, aksiya Heydər Əliyev Mərkəzində (Şirəli Axundov küçəsi) baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR