İnsanlara hürriyət, millətlərə istiqlal!

Azercell-in dəstəklədiyi “Böyük dəbilqə”cüdo turniri başa çatıb  

“Qızlara ağ yaraşır” sosial kampaniyası turnirin diqqət mərkəzində olub

 

Azercell-in dəstəyi ilə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib.

Milli Gimnastika Arenasında baş tutan turnirdə 61 ölkədən 446 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil olunub. Onlar 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, ümumi hesabda və kişilər arasında birinci yerə çıxıblar.

Beləliklə,, turnirdə Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal əldə edib.

Turnirin sonuncu günü Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə layihəsi olan “Qızlara ağ yaraşır” kampaniyasının regionlardan olan azyaşlı iştirakçıları qonaq qismində turnirə qatılıblar. Onları Azərbaycan cüdo yığmasının xanım idmançıları müşayət edib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR