Onlayn ictimai-siyasi qəzet
18-22 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən minifutbol üzrə şirkətlərarası Avropa çempionatına yekun vurulub. Ölkə xaricində Azərbaycanın təmsil olunması üçün illərdir dəstəyini əsirgəməyən “Azerçay ” növbəti dəfə ənənəsinə sadiq qalıb. Adıçəkilən yarışda ölkəmizin adından doğma çayın sponsorluğu ilə “Azərsun” minifutbol klubu iştirak edib.
Həyəcanlı və gərgin keçən yarışda rəqiblərinə qalib gələn “Azərsun” minifutbol komandası mərhələləri keçərək finalda Rumıniyanın “Dedeman Oradea” kollektivi ilə qarşılaşıb. Rəqibinə şans tanımayan minifutbol klubumuz 4-0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb. Bu gün səhər saatlarında Bakıya qayıdan çempionları Hava Limanında onlarla azarkeşi qarşılayıb.
Minifutbol klubunun direktoru Rafiq Şahverdiyev açıqlama verərək əldə olunan uğura görə çox sevincli olduqlarını bildirib, bu günlər ərzində komandaya dəstəyini ifadə edən hər kəsi təbrik edib.
Rafiq Şahverdiyev idmançıların bu yarışda iştirak etməsi üçün dəstək verən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozala təşəkkürünü bildirib. Onun sözlərinə görə son dövrlərdə “Azərsun” minifutbol komandasının uğurları məhz Abdolbari Gozalın etimadının nəticəsidir. Şirkət rəhbəri ilk günlərdən əməkdaşların bacarıqlarına güvənərək onlara dəstək olub.
Qeyd edək ki, “Azerçay”ın dəstəyi ilə adıçəkilən minifutbol klubu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən şirkətlərarası minifutbol turnirinin qalibi olaraq ölkəmizi Avropada təmsil etmək hüququ qazanmışdı.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ