İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaydanda SES-lər bu il elektrik enerjisinin istehsalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 976,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi hesabat dövründə 17 384,6 mln. kVt-saat təşkil edib (+2,7%).

 

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 16 025,2 mln. kVt-saat istilik (+0,8%), 1 291 mln. kVt-saat su elektrik (+36,9%) stansiyaların payına düşüb.

Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR