Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.
Musavat.com-un məlumatına görə, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində paylaşım edib.
“Gələcəyimizin ən yaxşı mühəndislərindən birini itirdik. Nicat 92,85 ortalama ilə BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub”, - deyə paylaşımda bildirilib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ