İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı restoran sahibi “Z” hərfinə qənim kəsildi - FOTO

Ukraynanın Odessa vilayəti, Rumıniya ilə sərhəd İzmail şəhərində əslən Gəncədən olan sahibkar Eldəniz Paşayev maraqlı jest edib.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, o, sahibi olduğu "Zeytun" otel, restoran, diskoteka kompleksinin adındakı “Z” hərfinn üstündən xətt çəkib.

Daha sonra isə Ukrayna bayrağının rənglərinə boyanmış kiril əlifbasının “З” hərfini əlavə edib. O, bunu Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə etiraz olaraq etdiyini bildirib.

Xatırladaq ki, "Z" hərfi Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. Bu nişanı rus ordusunun texnikalarında, hərbçilərin formalarında, ölkənin küçələrində, nəqliyyat vasitələrində, dayanacaqlarda, siyasətçilərin paltarlarında görmək olar. "Z"nin nə demək olduğuna dair çoxsaylı nəzəriyyələr yaranıb. Ən populyar olanı Ukrayna prezidenti Zelenskinin hədəfə alınmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR