Onlayn ictimai-siyasi qəzet
"İrəvanda keçirilən "Zolotoy abrikos" kinofestivalınin açılışında rejissor Cəfər Pənahinin çəkdiyi film nümayiş olundu, özü isə festivalın fəxri qonağı oldu".
Musavat.com bildirir ki, bu barədə Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev bildirib.
Rejissor xatırladıb ki, Cəfər Pənahi hazırda dünyada ən məşhur Azərbaycan etnik mənsubiyyətli İran rejissorudur.
"İranda iki dəfə həbs olunmuşdu. O zamanlar bizdə bir yox, iki kinematoqrafçılar ittifaqı fəaliyyət göstərirdi, və biri də onun müdafiəsinə səs qaldırmadı", deyə Ayaz Salayev qeyd edib.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalının qalibi olub. O, bu mükafatı "Bir sadə qəza" filminə görə qazanıb.
Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edərək festivalın əsas mükafatı olan "Qızıl Palma budağı"na layiq görülüb.
Xalidə Gəray
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ