İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı qadın bu hərəkəti ilə bütün Türkiyəni duyğulandırdı - HƏMİN GÖRÜNTÜLƏR...

Xəbər verdiyimiz kimi, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb, 80 mindən çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, Türkiyədə baş verən zəlzələlərdən sonra azərbaycanlılar qardaşlarının yaraları sağaltmaq üçün səfərbər olublar.

Dövlət və özəl qurumlar tərəfindən yaradılan yardım məntəqələrində toplanan ianələr yüzlərlə könüllü tərəfindən çeşidlənir, qablaşdırılır və qutulara qoyulur. Yardım daha sonra yük maşınlarına yüklənir və Türkiyənin fəlakətdən əziyyət çəkən bölgələrinə göndərilir. Bu günədək Azərbaycandan Türkiyəyə yüzdən çox humanitar yardım maşını göndərilib.

Bu yardımı əks etdirən görüntülərdən biri Türkiyə mediasında gündəm mövzusu olub.

Bakıdakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınan videodan görünür ki, ailəsi ilə birlikdə Türkiyəyə yardım mərkəzinə bağlamalar gətirən orta yaşlı qadın ən sonda paltosunu çıxararaq təhvil verir.

Qadının bu davranışı qardaş ölkəni təsirləndirib, Azərbaycan xalqının Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstəyini bir daha ortaya qoyub.

Həmin görüntüləri təqdim edirik:

Bundan başqa, Azərbaycanda maddi vəziyyəti yaxşı olmayan və yardımlarla dolanan 77 yaşlı Səkinə Kərimova son pulunu Türkiyədə zəlzələdən zərərçəkənlər üçün AFAD-a bağışlayıb.

"Onlara qurban olaram. Heç nə deyə bilmirəm. Özümü pis hiss edirəm. Onları, uşaqları görəndə çox pis oluram. Cibimdəki son 50 manatı onlara yardım kimi göndərdim".

63ea31054e3fe02ee822c293.jpg (53 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR