Onlayn ictimai-siyasi qəzet
Göyçay rayon sakini Mustafayeva Zülfiyyə Əbdürrəhman qızı yaxın qohumunun Ukrayna-Rusiya müharibəsində əsir götürülməsi ilə bağlı Musavat.com-a müraciət edib.
Z. Mustafayevanın saytımıza daxil olan müraciətində deyilir:
“Mənim qaynımın oğlu Mustafayev Toğrul Ayaz oğlu Rusiya vətəndaşı olduğu üçün onu məcburi müharibəyə aparıblar və Ukraynada əsir düşüb. Mən buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən kömək istəyirəm.
Toğrul 1989-cu il tarixdə Göyçayda anadan olub. Vətən müharibəsində iştirak edib və müharibə veteranıdır. Müharibədən sonra burada iş tapmadğı üçün Rusiyaya gedib və orada ailə həyatı qurub.
Rusiya vətəndaşı olduğu üçün 2024-cü ilin may ayında onu məcburi müharibəyə aparıblar. İyul ayında axırıncı dəfə bizimlə telefon əlaqəsi yaratdı. Ondan sonra heç bir əlaqəmiz olmadı.
Sonradan bizə məlum oldu ki, müharibə zamanı yaralanan Toğrul Ukraynaya əsir düşüb.
Ağlamaqdan gözlərimizin yaşı quruyub. Toğrulun azyaşlı qızı hər gün atasını soruşur. Nə edəcəyimizi bilmirik.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Ombudsman Səbinə Əliyevadan, Ukrayna və Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyindən, Azərbaycanın Ukraynadakı diaspor cəmiyyətindən xahiş edirəm, Toğrulun əsirlikdən azad edilməsinə köməklik göstərin. Onun günahı yoxdur, məcburi şəkildə müharibəyə aparılıb.
Əlaqə tel: 051 381-13-18”.
Şahanə Rəhimli
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ