İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı müğənninin həyat yoldaşı özünü öldürmək istədi

Müğənni Tuncay Bərdəlinin həyat yoldaşı Nuranə intihara cəhd edib. 

Bu barədə lent.az-a müğənni özü məlumat verib.

O bildirib ki, hazırda xanımının vəziyyəti ağırdır:

"Nuray xeyli dərmanlar qəbul edib. Hazırda təcili yardımla xəstəxanaya aparılır. Mən verilişə çıxmağa hazırlaşanda mənə səs atdı ki, özümü öldürəcəyəm. Tez qaçıb gəlmişəm. Bunun günahı mənim evimdən oğurluq edən xadimədədir. O qadın efirdə mən və mənim ailəm haqqında ağzına gələni deyib. Guya mən onunla münasibət də olmuşam. Bilmirəm o qadının bu qədər şey etdikdən sonra azadlıqda gəzməsi necə olur". 

Tuncay Bərdəlinin həyat yoldaşı Nuranə Vəlieyvanın vəziyyəti orta-ağırdır. 

Bunu Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbəri Elnur Hidayətoğlu deyib.

O bildirib ki. hazırda xəstə yuxulu vəziyyətdədir:

"Hazırda xəstəxanadadır. Çoxlu yuxu dərmanı və digər dərman qarışıqları qəbul edib. Vəziyyəti orta-ağırdır. Tam sağalana qədər xəstəxanada müalicəsi davam etdiriləcək". 

Qeyd edək ki, bir müddət öncə T.Bərdəlinin evində oğurluq olub. İfaçı iddia etmişdi ki, oğurluğu evində çalışan qulluqçu Günel Məmmədova edib.

Qulluqçu isə "Elgizlə izlə" verilişində ittihamları təkzib edərək, Tuncayın həyat yoldaşı barədə xoş olmayan sözlər və iddialar irəli sürmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR