İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı miqrantlar Rusiya GİROVLUĞUNDA! - Niyə Vətənə qayıda bilmirlər? - Elxan Şahinoğlu CANLIda

Xəbər verdiyimiz kimi, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.

Bu qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər. 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb. Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər.

Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər. Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.

Rusiya soydaşlarımıza niyə təzyiqlər edir? Məqsəd nədir? Azərbaycan hökumətinə bu formada təsir göstərməyə çalışırlar?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.35-dəı aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludu. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR