İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı milyarderin şirkəti parçalanır

Teymur Əhmədov adına “AzNar” QSC restrukturizasiya edilir.

QSC-nin əmlakı və onun törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən “AzNar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektləri yaradılır.

Yaradılacaq təsərrüfat subyektlərinin əmlakının dəyərinin, nizamnamə kapitalının məbləğinin və tərkibinin, mülkiyyətçisinin, təşkilati-hüquqi formasının və s. müəyyən edilməsi, ümumiyyətlə bu qərarın icrası ilə bağlı bütün zəruri hərəkətlərin yerinə yetirilməsi direktorlar şurasına həvalə edilir ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. (Ölkə.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR