İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı milyarderdən təkzib: Belə planlarım olmayıb...

LUKOIL-un təsisçisi Vahid Ələkbərov M.Video pərakəndə satış şirkətinin biznesini almaqda maraqlı olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, Azərbaycan əsilli milyarder bu barədə İnterfaks-a danışıb: "M.Videonun kapitalında iştirak planlarım olmayıb və yoxdur. Bu aktiv mənim üçün maraqlı deyil".

Daha əvvəl Telegram kanalları Ələkbərovun strukturlarının pərakəndə satış şəbəkəsinin kapitalına daxil olduğu barədə şirkətin rəhbərliyinə yaxın mənbələrə istinadən məlumat yaymışdı.

LUKOIL şirkəti də M.Video ilə bağlı hər hansı marağı təkzib edib. Şirkətin mətbuat xidmətindən İnterfaks-a bildiriblər ki, nə strukturlar, nə də şirkətin heç bir menecerləri şəbəkənin alınmasında maraqlı deyillər.

Qeyd edək ki, LUKOIL strukturları Yandex-in kapitalına daxildir: Argonaut bigtech şirkətinin əsas sahibi ZPIF Consortium.First-in 15 faizinə sahibdir.
Rusiyanın ən böyük satış şəbəkələri sırasında olan M.Videonun satışı ilə bağlı şayiələr 2025-ci ilin əvvəlində mediada yer almışdı. Potensial maraqlı tərəflər arasında Promsvyazbank, Sberbank və VTB-nin adı çəkilirdi. Son günlər isə siyahıya V.Ələkbərov da daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR