İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı bloger Hüseyn Həsənov tankla avtomobilin üstündən keçdi - VIDEO

Rusiyada məşhurlaşan azərbaycanlı videobloger Hüseyn Həsənov İnstaqram-ın hekayə bölməsində etdiyi növbəti paylaşımı ilə diqqət çəkib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, o, bu dəfə tıxacın ortasında öz avtomobilindən düşərək qarşıdakı "VAZ 2115" markalı avtomobili almaq üçün sürücüyə 100 min rubl (təxminən 2700 manat) pul təklif edib. Sürücü Hüseynin təklif etdiyi məbləğə maşınını ona satmağa razılıq verib.

Daha sonra blogger aldığı avtomobilin üstündən tankla keçib.

Qeyd edək ki, Hüseyn izləyicilərinə bahalı hədiyyələr verməsi ilə gündəmə gəlir. Onu sosial media hesabında 12 milyondan çox insan izləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR