İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - FOTOLAR

Aparıcı Jalə Həsəni bu dəfə özünü aktrisa kimi sınayacaq.

O, Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq "Azərbaycan Atabəyləri" serialında çəkilir. Bu haqda Jalə özü məlumat yayıb.

O bildirib ki, ekran işində Zübeydə xatun obrazını canlandıracaq:

"Zübeydə xatun tarixdə çox nüfuzlu və zəkalı bir xanım kimi yadda qalıb. O, Səlcuq sultanı olmuş Bərkyarukun qızı idi və dövlət idarəçiliyindən xəbərdar olan bir xatun idi. Zübeydə xatunun sözü və fikirləri sultan üçün çox önəmli idi. 

Serialda mən də varam. Peşəkar aktyor və aktrislarımızla eyni layihədə olmaqdan qürur duyuram. Biz çəkilərkən böyük zövq aldıq, inanıram ki, siz də izləyəndə böyük zövq alacaqsınız". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR