İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı alpinistin yeddinci fəthi - FOTO

İyulun 10-da azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsi olan Nanqa Parbatı (8125 m) fəth edib.

İdman.biz xəbər verir ki, o, hündürlüyə əlavə oksigendən istifadə etmədən qalxıb.

Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.

Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.

Azərbaycanlı alpinistin yeddinci fəthi - FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR