Onlayn ictimai-siyasi qəzet
Prodüser İosif Priqojin bildirib ki, müğənni Alla Puqaçova əri, komediya ustası Maksim Qalkinin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent təyin edilib) ölkəyə qayıtması üçün icazə istəmək məqsədilə Rusiyaya gəlib.
Musavat.com xəbər verir ki, prodüser bu barədə KP.RU-ya müsahibəsində danışıb.
Priqojinin sözlərinə görə, müğənni ölkədə nüfuzunu itirdiyi üçün Rusiyanı tərk edib. Lakin Puqaçova Qalkinin yenidən Rusiyada işləməsi üçün icazə almaqdan ötrü müvəqqəti olaraq geri qayıdıb.
"O, ərinin qayıdıb öz peşəsi ilə məşğul olmasına icazə verilməsi üçün danışıqlar aparmaq məqsədilə bura gəlib", - deyə Priqojin bildirib. Prodüser əlavə edib ki, Puqaçova və onun əri həmişə kinli və hiyləgər insanlar olub, heç vaxt pulsuz heç nə etməyiblər.
Priqojin bundan əvvəl Alla Puqaçovanın şou-biznesdə mütləq diktator olduğunu bildirmişdi. O əlavə edib ki, müğənni vicdan və ədəb məsələlərini müzakirə etməkdə acizdir.
A.Puqaçova bu yaxınlarda mediaya 4 saatdan artıq müsahibə verərək, Ukrayna müharibəsi və müasir Rusiya hakimiyyəti haqqında mülahizələr söyləmişdi. Həmin müsahibədən sonra onun ölkəyə qayıda bilməyəcəyi iddia olunurdu.
Musavat.com
10 Oktyabr 2025
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ