Onlayn ictimai-siyasi qəzet
Müharibə əleyhinə vərəqələrin yayılması ilə bağlı cinayət işi üzrə Rusiyada axtarışda olan müharibə əleyhdarı fəal Liliya Manyuxina Ermənistanda saxlanılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 29 yaşlı rusiyalı Liliya Manyuxina 2025-ci il avqustun 30-da Rusiyanın tələbi ilə Ermənistanda saxlanılıb. Onun vəkili Ruben Yeritsyanın sözlərinə görə, məhkəmə Manyuxinanın 40 sutka həbs qətimkan tədbiri seçib, sonra Ermənistan Ədliyyə Nazirliyinin tələbi ilə bu müddət daha iki ay uzadılıb. O, hazırda istintaq təcridxanasındadır və siyasi sığınacaq ərizəsi ilə bağlı Miqrasiya Xidmətinin qərarını gözləyir.
Rusiyada Manyuxinaya qarşı cinayət işi 2022-ci ilin aprelində açılıb. Həmin vaxt o, Kirill Timofeyev və Anastasiya Polyakova ilə birlikdə müharibə əleyhinə vərəqələr paylayırmış. Yuri Korovin adlı şəxs onlara yaxınlaşıb və münaqişə başlayıb. İstintaqın məlumatına görə, Yuri onları silahla hədələyib, Manyuxina isə tapançanı ondan alıb. Timofeyev daha sonra silahı söküb atıb.
Üç fəala qarşı zorakılıqla quldurluq işi açılıb. Daha sonra məhkəmə cəzanı məcburi əməyə qədər azaldıb, lakin Moskva Şəhər Məhkəməsi bu qərarı ləğv edərək işi yenidən baxılmasına göndərib. İttiham daha ağır ittihamla dəyişdirilib: bir qrup tərəfindən silah oğurluğu.
Səyahət qadağası altında olan Manyuxina və Timofeyev Rusiyadan qaçıblar. Onlar axtarışda olanlar siyahısına salınıb. Anastasiya Polyakova 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin sonradan bu, 5 illik şərti cəzaya endirilib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ