İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla-Serbiya əlaqələri yeni perspektivlər vəd edir -ŞƏRH

 

 

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü keçirildi. Səfər zamanı bir sıra mühüm sənədlər imzalanıb, gələcək perspektivlər haqqında müzakirələr aparıldı.

Bu barədə Musavat.com-a danışan Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki, iki ölkə həm iqtisadi sahədə əməkdaşlıq edir, həm də beynəlxalq təşkilatların qarşısında ərazi bütövlüyü prinsipini birgə müdafiə edirlər:

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə  qadirdir”

“Azərbaycan Serbiyada bir sıra yatırımlar edir və orada müəyyən layihələrdə iştirak edir. Münasibətlərin genişlənməsinə, yeni səviyyəyə qalxması üçün bizim prezidentin Serbiyaya səfəri olub, müəyyən sənədlər imzalanıb. Ümidvarıq ki, bu münasibətlər genişlənəcək. Azərbaycan Balkan ölkələrində hazırda enerji sahəsində müəyyən layihələri həyata keçirir. Bu istiqamətdə əməkdaşlıq Serbiya ilə də davam edəcək”.    

Politoloq Tural İsmayılov isə deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır: Bu baxımdan Serbiyanın da enerji təhlükəsizliyinin əsas qarantlarından biri həm də Azərbaycandır:

ABŞ-ın Ermənistandakı səfiri mandatına uyğun olmayan işlər görür” – Tural  İsmayılov – Yenicag.Az

“Daha əvvəl cənab prezidentin Bolqarıstan səfərində də Serbiyanın dövlət rəhbəri Azərbaycanın Qərbdə oynadığı rol haqda yüksək fikirlərini söyləyib. Növbəti dəfə də Belqradda gerçəkləşən səfərdə də Serbiya prezidenti Alerksandr Vuçiç cənab prezident İlham Əliyevin haqqında yüksək fikirlər səsləndirdi, onun Avropada nüfuzunun xeyli yüksək olduğunu söylədi. Özəlliklə hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanı gözləyən enerji problemlərində əsas çıxış yollarından birini Azərbaycan dövləti oynayır. Bu gün Avropa ciddi enerji böhranı ilə üz-üzədir. Buna görə də enerji məhsullarının idxalı məsələsində, eyni zamanda bir çox sahələr üzrə yeni bazarlar axtarışındadır. Hesab edirəm ki, bu məsələdə ən etibarlı tərəfdaş Azərbaycan hesab edilməlidir. Bu baxımdan da Serbiya prezidenti bir daha vurğuladı ki, cənab prezident İlham Əliyev verdiyi hər bir sözü yerinə yetirib. O baxımdan hesab edirəm ki, Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Özəlliklə imzalanan yeni sazişlər iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq. Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin genişlənməsi, prezidentin keçən həftə Albaniyaya, bu həftə isə Serbiyaya gerçəklədirdiyi səfərlər ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir. Hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıqdan həm Balkan ölkələri, həm də Azərbaycan xeyli iqtisadi dividentlər əldə edəcək”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR