İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Musavat.com xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə dövlət səfərindədir. Səfər çərçivəsində Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev mərasimdə iştirak ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR