İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Ermənistan arasında gedən intensiv görüşlərin İLGİNC DETALLARI

"Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, keçirilən görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır.

"İki ölkənin lideri Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında, o cümlədən xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanla yanaşı, parlament sədrlərinin görüşləri də artmaqdadır. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüş mayın 16-da Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər. Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır. Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar.

Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var. İki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Afina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıblar", - deyə politoloq vurğulayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR