İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iki bankı Türkiyəyə yardım köçürmələrini komissiyasız həyata keçirir

Hazırda Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Azərbaycandan "Ziraat Bank Azərbaycan" və "Xalq bank" yardım köçürmələrini komissiyasız icra edir.

"Xalq bank"dan bildirilir ki, zəlzələdən zərərçəkənlərə yardım etmək istəyən şəxslər Türkiyəyə həm bank hesabı vasitəsilə, həm də UPT, “Zolotaya Korona”, “Western Union”, “CONTACT” sistemləri ilə komissiya ödəmədən köçürmə edə biləcəklər. Yanaşma həmçinin fiziki və hüquqi şəxslərin Türkiyəyə maddi yardım təyinatlı bütün köçürmələrinə aid edilir. Bankın filiallarının yerləşdiyi ünvanlar və iş saatları haqqında məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/xidmet-sebekesi
Qeyd edək ki, ilk olaraq "Ziraat Bank Azərbaycan" baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul edib. Təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər.

“Ziraat Bank Azərbaycan” ASC, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Qeyd edək ki, neçə gündür ki, sosial şəbəkələrdə göndərilən vəsaitlərə görə komissiya haqqının tutulması narazılıq yaradıb. Bəzi vətəndaşlarımız yerli banklar vasitəsilə Türkiyəyə göndərilən 1000 manatlıq yardıma görə 100-dən çox komissiya haqqı verdiklərini bildirib. Onların sözlərinə görə, yalnız, digər banklar isə əməliyyatları ödənişsiz həyata keçirməkdən boyun qaçırırlar. Azərbaycan Banklar Assosasiyasının sədri Zakir Nuriyev isə mediaya açıqlamasında bildirib ki, bu növ ödənişlərə görə komissiya haqqının alınması nəzərdə tutulmayıb. O vurğulayıb ki, yerli banklar tərəfindən tutulan vəsaitlər geri qaytarılacaq.

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR