Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub.
Musavat.com xəbər verir ki, təmsilçimiz keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.
“Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə iki dəfə (8:3, 7:3) qalib gəlib.
Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ