İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Britaniyadakı konsulu Londonda ilin konsulu seçilib - Fotolar

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin konsulluq məsələləri üzrə məsul əməkdaşı Tural İsmayılov “Embassy Magazine” tərəfindən keçirilən mükafatlandırma mərasimində Asiya üzrə ilin konsulu seçilib.

Musavat.com-un xəbərinə görə, Azərbaycan səfirliyinin əməkdaşı Böyük Britaniyadakı çoxsaylı Azərbaycan və Britaniya vətəndaşlarına keyfiyyətli konsulluq xidməti göstərdiyinə görə bu mükafata layiq görülüb.

Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin department rəisinin təqdimatına əsasən, Tural İsmayılov işlədiyi müddət ərzində, hətta pandemiya dövründə də, konsulluq xidmətlərini onlayn və telefon vasitəsilə davam etdirmiş, konsulluq məsələləri üzrə tək məsul şəxs kimi, gərgin iş qrafikində 10.000-lərlə diaspor nümaydələrinə və digər ölkələrin vətəndaşlarının müraciət və sorğularına dair mümkün bütün dəstəyi göstərib.  

16688922604445523978_1000x669.jpg (322 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR