Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində Azərbaycan da daxil olmaqla, İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin Türkiyədə saxlanıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin, insanların qanunsuz dövriyyəsində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.
Nazir bildirib ki, saxlanılan şəxslər Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Hollandiya, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışdadırlar.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ