İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023”də iştirakını təsdiqləyib.

İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev Musavat.com-a bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı gənc müğənni Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə təmsil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR