İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Avropa İttifaqındakı bir nömrəli dostu

İki ölkənin strateji tərəfdaşlığında liderlərin dostluğu xüsusi rol oynayır

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq münasibətlərinə daha çox üstünlük verir. Nəinki Avropa İttifaqı ilə münasibətlərə.  Ölkəmizin ən yaxın dostluq münasibətində olduğu Avropa İttifaqı ölkələri sırasında Macarıstan birinci yeri tutur desək yanılmarıq. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur, iki ölkə arasında əlaqələr daim yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri,  tarixən Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr hər iki ölkənin rəhbərlərinin səyləri ilə yüksək səviyyədədir.

Qeyd edək ki, iki ölkə arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan  onlarla  sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Macarıstan əməkdaşlığı  2023-cü ildə  imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib.

Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində   uğurla  inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol  oynayır.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycan və Macarıstan arasında əməkdaşlığın inkişafında şəxsiyyət amili, ölkə rəhbərlərinin münasibəti, qarşılıqlı səfərləri də mühüm rol oynayır: “Dövlət başçımız İlham Əliyevin Macarıstana 6, baş nazir Viktor Orbanın isə Azərbaycana 7 səfəri zamanı münasibətlərin hüquq-müqavilə əsasını möhkəmləndirən və inkişaf yollarını müəyyənləşdirən sənədlər imzalanıb. Hər iki ölkə etibarlı strateji tərəfdaşdır.

Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələrinin qurulmasında Azərbaycan-Macarıstan dostluq münasibətləri xüsusi rol oynayıb.  Azərbaycan-Macarıstan tərəfdaşlığının daha böyük perpektivlərə yol açacağı barədə verilən proqnozlar davamlı olaraq gerçəkləşir. Bu yaxınlarda Macarıstanda Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsini də bu qəbildən dəyərləndirmək olar. Tarixdə ilk dəfəydi ki,Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilirdi. Macarıstan TDT-nin tamhüquqlu üzvü olmasa da müşahidəçi ölkədir. Lakin yaxın gələcəkdə Azərbaycanın da dəstəyi ilə TDT-nin tam hüquqlu üzvü ola bilər".

Ekspert qeyd edbi ki, Azərbaycan-Macarıstan ikitərəfli gündəliyi kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - "Azəri-Çıraq-Günəşli" və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacağı açıqlanıb. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Azərbaycan eyni zamanda Macarıstanla yaşıl enerji üzrə fəal işlədiyini elan edib".

M.Əsədullazadə hesab edir ki, Azərbaycanın Macarıstanla Avropa İttifaqı və NATO üzvü kimi münasibətləri genişləndirilmiş uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir, həm də  Türk Dövlətləri Təşkilatının hədəfləri kontekstində keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb: “Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlər iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yaxşı zəmin yaradıb. Münasibətlər iki ölkə arasında mövcud olan "Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə"yə uyğun surətdə demək olar bütün sahə və istiqamətləri əhatə etməyə başlayıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu kontekstində Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdalıq xüsusi yer tutur. Ölkələrimizin yaxın siyasi münasibətləri iqtisadi, elmi-texniki, mədəni və digər sahələr üzrə əlverişli zəmin, eləcə də strateji şirkətlər və biznes qurumları arasında da əməkdaşlıq üçün lazımi çərçivələr yaradır".

Yazını hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR