Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul etməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə "Alpha News" assambleyadakı mənbəsinə istinadən yazıb.
Musavat.com xəbər verir ki, haqqin.az saytının Avropa Şurasındakı mənbələri bu məlumatı təkzib edib.
Haqqin.az yazır ki, sözügedən xəbər Ermənistan mətbuatı tərəfindən qəsdən tirajlanıb.
Xatırladaq ki, AŞPA-nın 24 yanvar tarixli qərarı ilə Azərbaycan nümayəndə heyəti bir il müddətinə Avropa strukturundan kənarlaşdırılıb.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ