İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa uşaqların müdafiəsinə görə TikTok-u istintaqa cəlb etdi

Musavat.com xəbər verir ki, Fransa prokurorluğu sosial şəbəkə platforması TikTok-a qarşı uşaqların psixi sağlamlığını qorumaqda laqeydlik ittihamı ilə cinayət işi açıb. Bu barədə Politico nəşri məlumat yayıb.

Bu addım sosial şəbəkələrdə yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı Fransada açılan ilk cinayət təqibi kimi tarixə düşüb.

TikTok nümayəndələri isə irəli sürülən ittihamları və hüquqi əsasları qəti şəkildə rədd ediblər. Şirkət bəyan edib ki, “öz nüfuzunu qətiyyətlə müdafiə edəcək” və uşaqların təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirləri davam etdirəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR