İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Kiyev sakinləri üçün növbəti yardım aksiyası - FOTO

Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib.

BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, aksiya UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə baş tutub:

"Ukrayna ilə Rusiya arasında gərginliyin başlamasından sonra Ukrayna Azərbaycanlıları Radası Azərbaycan Evində mütəmadi yardım aksiyaları keçirir. Təxminən yarım ay ərzində hər gün 250-300 nəfər Azərbaycan Evinə gələrək ehtiyacı olan məhsulları əldə edir. Bundan başqa, təşkilat Kiyev ətrafındakı qəsəbə və kəndlərin sakinlərinin də gündəlik zəruri tələbat məhsulları ilə təminatına dəstək göstərir.UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan Evində növbəti yardım aksiyası təşkil edilib. Aksiya zamanı Kiyevdəki aztəminatlı ailələr üçün ərzaq məhsulları, tibbi yardım ləvazimatları, geyim əşyaları və s. zəruri məhsullar paylanılıb".

Qeyd edilib ki, UAR fevralın 24-dən etibarən minlərlə soydaşımızın təxliyəsini təşkil edərək, onların təhlükəli ərazilərdən çıxarılmasını və sərhədyanı ölkələrə keçməsini təmin edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR