İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yüksək vəzifəli şəxslər saxlanıldı - RƏSMİ

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Musavat.com APA-ya istinadla xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı bir neçə nəfər vəzifəli şəxs saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR