İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yüksək vəzifəli şəxs zəhərlənərək ÖLDÜ - FOTO

Qaxda keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb.

Musavat.com "report"a istinadən xəbər verir ki, Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlər xəstəni müayinə edib və vəziyyətini nəzərə alaraq onu, Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Bu gün isə Fərid Həşimov aparıldıgı xəstəxadada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. İlkin məlumata görə, onun dərmandan zəhərləndiyi bildirilir.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində calışıb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR