İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yoluxma nə üçün artır? - SƏBƏB AÇIQLANDI

"Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Bu vəziyyət ilk növbədə biz həkimləri narahat edir. Çünki pandemiyanın yenidən alovlanması həkimlərin işini artıracaq. Yoluxma sayı artdıqca ölüm sayları da arta bilər".

Musavat.com xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim Aytən Ziyadova bildirib.

Həkim əlavə edib ki, yoluxma sayının artması müxtəlif səbəblərdən qaynaqlanır: "İnsanların bir çox xarici ölkələrə getməsi və qayıdarkən yaxınlarını da yoluxdurması qeydə alınır. Digər tərəfdən bəzi şəxslər kliniki şikayətləri fərqində olduğu zaman test verməyə can atmırlar. Elə düşünürlər ki, qripdirlər və yolxumanın artmasına səbəb olurlar".

Ətraflı videomaterialda izləyə bilərsiniz:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR