İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - VACİB AÇIQLAMA

Son günlər azyaşlılar arasında səpkilərlə müşayiət olunan xəstəlik yayılıb.

Musavat.com xəbər verir ki, infeksionist Aytən Ziyadovanın "Xəzər Tv"yə bildirdiyinə görə, yaz və payız aylarında uşaqlar, əsasən suçiçəyi xəstəliyinə yoluxsa da, bu il paralel olaraq koksaki virusu da yayılıb. Xəstəliyin gedişatı meymunçiçəyi ilə oxşardır, ancaq narahatlığa əsas yoxdur.

Onun sözlərinə görə, xəstəlik daha çox uşaqların parklarda, bağçalarda oynadığı vaxtlarda yayılır. Buna görə də gigiyenik qaydalar gözlənilməli, zəruri hallarda həkim məsləhəti ilə dərman qəbul edilməlidir. Səpkilər həmçinin qaşınma əlamətləri ilə də müşahidə oluna bilər.

Bu vəziyyətdən isə ən çox valideynlər narahatdılar.

Qeyd edək ki, İnfeksionist Aytən Ziyadova koksaki virusunun əsasən 7 yaşa qədər olan uşaqlarda yayıldığını bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR