Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda unun qiyməti yenidən bahalaşıb.
Musavat.com xəbər verir ki, bu barədə Trend-ə un satışı ilə məşğul olan satıcılar məlumat verib.
Onların verdiyi məlumata görə, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 30-32 manat və daha baha təklif olunduğu bildirilir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə bildirib ki, səbəb buğdanın qiymətinin fevral-mart ayı ilə müqayisədə artmasıdır.
"Lakin qiymətlər ötən ilin iyul-avqust ayı ilə müqayisədə eynidir. Qiymətin bahalaşma səbəbi birjalarda olan qiymət artımıdır. Birjada olan qiymət artımının səbəbi isə Rusiya və Avropada məhsuldarlığın aşağı olmasıyla bağlı informasiyaların gəlməsidir. Bu da qiymətlərə təsir göstərir.
Bir müddət çörəyin qiymətinin bahalaşma səbəbi də Ukrayna bazardan çıxacaq, Rusiya taxıl ixrac etməyəcək kimi əsassız müzakirələr çərçivəsində qiymətlər sürətlə artırdı. Lakin bu dövr geridə qaldı. Bundan sonra qiymət artımı olsa da, çox cüzi olacaq", - o deyib.
Taxıl sahələrində biçim dövrü başlayanda qiymətlərin yenidən ucuzlaşacağına toxunan iqtisadçı əlavə edib ki, birjalar məhsuldarlığa aid proqnozlara əsaslanır.
"Əgər məhsul çox yığılarsa və sifariş az olarsa, qiymətlər ucuzlaşa bilər", - deyə Kazımlı qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl də unun qiymətində artım baş vermişdi. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edirdisə, may ayında bu qiymət 27 manat 35 qəpiyə çatmışdı
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ