İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda son sutkada koronavirusa 1 nəfər yoluxub

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 706, bu günə qədər isə ümumilikdə 6 892 285 test icra olunub.

55cbe48c-28ef-3bad-8bd1-e57e569b5f48.jpeg (63 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR