İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Rusiya casuslarının həbsinə START verildi – şok detallar Tural Abbaslı ilə “Canlı debat”da


Tanınmış iş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

Rusiya Prezidenti Vladimir Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu Nikol Paşinyanın əlaltıları arasında sözlə ifadə olunmayan isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. “KTMT düşməndir” başlığı ilə materiallar yayırlar.
Bu barədə “Hraparak” məlumat yayıb. “Aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları KTMT üzvlərini, xüsusilə də Putini İrəvanda etirazlarla qarşılamağı erməni xalıq üçün ləyaqət məsələsi hesab edirlər”, - məlumatda deyilir.

Putinin İrəvan səfərindən nə gözləməli? Azərbaycan əleyhinə hansısa qərar verilə bilərmi? Sülh sazişinə gedən yolda yeni maneələr və ya yeni cığır?
Bu və gündəmdəki bir çox sualları bu gün saat 12.00-də Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR