İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı YENİ QƏRAR  

 

"Gələn həftədən etibarən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri fəaliyyətə başlayacaq".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilkin olaraq təhlükəli hesab edilən məhsulların siyahısının reysterdə yerləşdirilməsi təmin olunacaq:

"Məhsulun istehlaka yararsız olması təhlükəli hallar reyestrində əksini tapması demək deyil. Lakin məhsulun tərkibində insan sağlamlığı üçün təhlükəli nəsə olarsa, bu barədə məlumat reyestrdə olacaq".

Q.Təhməzli deyib ki, artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir:"Bununla yanaşı, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələrinin yaradılması davam edir. “Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır".

AQTA sədri əlavə edib ki, 2022-ci ildə Yeni Zenlandiyadan Azərbaycana 6 min 500 ton kərə yağı idxal olunub. Oradakı həmkarlara bildirilib ki, müəssisələrdə bizim audit həyata keçirilib, istehsal olunan yağın beynəlxalq normalara cavab verdiyi təsdiqləndiyi halda idxala icazə veriləcək.

Qarşı tərəfdən ekvalanetlə bağlı müraciət olunub. Bu gələcəkdə tətbiq olunacaq, lakin hazırda hər hansı ölkə ilə ekvalanetlik həyata keçirilmir.

Azərbaycana yüksək riskli məhsullar idxal edən sahibkarlara bildirmək istəyirik ki, müəssisələrini tez zamanda beynəlxalq normalara uyğunlaşdırsalar, məhsullarının idxalına icazə veriləcək".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR